Azərbaycan Premyer Liqası dünya reytinqində - 41-ciyik

19 Yanvar 2023 20:20 Premyerliqa 565
Azərbaycan Premyer Liqası dünya reytinqində - 41-ciyik

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı milli çempionatlarının illik reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 80 liqanın olduğu siyahıda Azərbaycan Premyer Liqası 41-ci pillədə yer alıb.

Aktivində 349,25 xal olan Azərbaycan çempionatı ötən reytinqlə müqayisədə 19 pillə irəliləyib.

Siyahıya Braziliya A seriyası başçılıq edir. Cənubi Amerika ölkəsinin yüksək liqası 1181 xala malikdir. İngiltərə Premyer Liqası (1086) ikinci, İspaniya La Liqası isə üçüncü (967,5) sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu