“Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində - ÜÇÜ DƏ...

18 Yanvar 2023 22:40 Premyerliqa 569
“Qarabağ”, “Neftçi” və “Zirə” dünya reytinqində - ÜÇÜ DƏ...

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 502 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən 3-ü yer alıb.

Aktivində 139 xal olan “Qarabağ” ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi 7 pillə irəliləyərək 78-ci olub.

Siyahıda özünə yer tapan “Neftçi” və “Zirə”nin də reytinqdə irəliləyişi müşahidə edilib.

“Ağ-qaralar” 385-ci yeri 290-cı pilləyə dəyişiblər. Qəsəbə təmsilçisi isə 577-cilikdən 478-ci yerə qədər yüksəlib. “Neftçi” 66,5, “Zirə” isə 50,25 xala malikdir.

İlk “3-lük”də müvafiq olaraq “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya - 284) və “Liverpul” (İngiltərə - 273) qərarlaşıb.

Xəbər Lenti