"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNİB

2 Dekabr 2022 22:53 Premyerliqa 963
"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNİB

Bu gün Premyer Liqada XVI tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun ilk günündə bir oyun baş tutub.

Ölkənin iki ən titullu klubu Azərbaycan derbisində üz-üzə gəlib. “Neftçi” “Qarabağ”ı “Bakcell Arena”da qəbul edib.

Meydan sahibləri məğlubiyyətsiz irəliləyən ağdamlıların 35 matçlıq seriyasını qıra bilməyib.

Ardıcıl 2 heç-heçə edən Qurban Qurbanovun yetirmələri əzəli rəqibini darmadağın edib – 4:0. Ramil Şeydayev qol vurmaqla çempionatın vahid bombardirinə çevrilib.

XVI turun "Qəbələ" - "Səbail" və "Sabah" - "Şamaxı" oyunları dekabrın 3-də, "Kəpəz" - "Sumqayıt", "Zirə" - "Turan Tovuz" görüşləri dekabrın 4-də olacaq.

XVI tur

"Neftçi" - "Qarabağ" 0:4

Qollar: Kadi Borges, 37, 83, Abdullah Zubir, 60, Ramil Şeydayev, 67

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ömər Paşayev
"Bakcell Arena"

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato

Baş məşqçi: Laurentsiu Regekampf

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!