"Turan" sabiq futbolçusuna bu cür ehtiram göstərdi - 1 dəqiqəlik sükut

29 Noyabr 2022 13:40 Premyerliqa 390
"Turan" sabiq futbolçusuna bu cür ehtiram göstərdi - 1 dəqiqəlik sükut

Bu gün Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Sabah”la üz-üzə gələcək.

Tovuz şəhər stadionunda keçiriləcək matçdan əvvəl Elçin Sultanovun əziz xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.

Elçin Sultanov Tovuz futbolunun yetirməsi olub.

Veteran futbolçu və Respublika dərəcəli hakim bir neçə gün əvvəl dünyasın dəyişib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, qarşılaşma 14:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti