“Qəbələ” və “Sumqayıt”də 2, “Sabah”da 1 belə futbolçu var - Premyer Liqada “beşlik”

28 Noyabr 2022 03:00 Premyerliqa 496
“Qəbələ” və “Sumqayıt”də 2, “Sabah”da 1 belə futbolçu var - Premyer Liqada “beşlik”

Premyer Liqanın arxada qalan 14 turunda yalnız 5 futbolçu bütün matçları əvəzolunmadan keçirib.

Sportinfo.az xəbər verir ki, bu “beşik”dən üçü qapıçıdır. “

Sabah”da Yusif İmanov, “Qəbələ”də Səlahət Ağayev, “Sumqayıt”da Aydın Bayramov mövsümün arxada qalan hissəsində 1260 dəqiqə meydanda olub.

Sonuncu iki qapıçının komanda yoldaşları arasında da belə futbolçular var. Ruan Renato “Qəbələ”nin, Səbuhi Abdullazadə “Sumqayıt”ın əvəzolunmazıdır.

Bir sözlə, 10 komandadan yalnız üçündə belə oyunçu var. “Qəbələ” və “Sumqayıt”ın hərəsində iki, “Sabah”da bir belə futbolçu var.

Bu beş oyunçudan biri Ruan cəza üzündən növbəti turu buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”