“Neftçi” və “Qarabağ”a aid xəbər… HEÇ BUNU BİİLİRDİZ?

22 Noyabr 2022 12:40 Premyerliqa 1 595
“Neftçi” və “Qarabağ”a aid xəbər… HEÇ BUNU BİİLİRDİZ?

Premyer Liqada son dəqiqələrin komandaları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, arxada qalan 14 turda 32 qol son 15 dəqiqəyə təsadüf edib.

“Neftçi” sanki 75 dəqiqədən sonra özünə gəlib. Bakılılar son 15 dəqiqədə hamıdan çox – 10 top vurub. Bakılılar həm də bu müddətdəki top fərqində hamıdan üstündür – 8.

İki komanda son dəqiqələrdə qol vurmayıb. Bunlar “Şamaxı” ilə “Sumqayıt”dır.

“Qarabağ” son 15 dəqiqədə qol buraxmayan yeganə komandadır. Ağdamlılar bunun əvəzində 6 dəfə fərqlənib.

“Kəpəz” matçsonu qollar buraxmaqda “liderdir” – 7. “Sumqayıt” 6 belə top buraxıb.

yer

komanda

vurub

buraxıb

1

Neftçi

10

2

2

Qarabağ

6

0

3

Sabah

6

3

4

Turan Tovuz

4

1

5

Qəbələ

2

2

6

Kəpəz

2

7

7

Səbail

1

3

8

Zirə

1

4

9

Şamaxı

0

4

10

Sumqayıt

0

6

Xəbər Lenti