Premyer Liqa heç kimə lazım deyilsə… VİDEO

19 Noyabr 2022 09:40 Premyerliqa 385
Premyer Liqa heç kimə lazım deyilsə… VİDEO

Premyer Liqanın XIV turunun “Sabah” – “Qarabağ” oyununu 10000 tamaşaçı izləyib.

Bu, mövsümün yeni rekordudur.

“Bank Respublika Arena”dakı görüşə qədər rekord III turdan təxirə salınan və noyabrın 9-da keçirilən “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Tovuzdakı matçda 5800 seyrçi qeydə alınmışdı.

Qolsuz heç-heçə ilə başa çatan “Sabah” – “Qarabağ” qarşılaşmasındakı tamaşaçı sayı təkcə cari deyil, həm də son 5 mövsümün rekordudur. Daha çox izləyiciyə sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub.

2017-ci il noyabrın 5-də “Kəpəz” – “Qarabağ” oyununda 13300 seyrçi qeydə alınıb. Gəncədəki matçdan sonra bu ədəd heç vaxt beşrəqəmli olmayıb.

Ümumilikdə turun görüşlərini 15500 nəfər seyr edib. Bu da mövsümün yeni rekordudur. Bunadək rekord 14800 tamaşaçının izlədiyi III tura məxsus idi.

Futbol eksperti Emin Abbasov ATV-də yayımlanan «Futbolumuz» verlişində Masazırdakı futbol izdihamından danışıb.

O, çempionatın mərkəzi qarşılaşmasına 10 min azarkeşin gəlməsinin təsadüf olmadığını bildirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu