Tərlan Əhmədovun zərərli israrı

19 Noyabr 2022 21:20 Premyerliqa 980
Tərlan Əhmədovun zərərli israrı

Tərlan Əhmədov “Kəpəz”ə gəlişindən sonra verdiyi ilk qərarlardan biri qapı mövqeyi ilə bağlı oldu.

İlk matçında “Turan Tovuz”a 0:2 uduzan təcrübəli mütəxəssis sonrakı matçlardan bir qayda olaraq, Orxan Sadıqlıya güvənməyə başladı.

Daha əvvəldən isə bu mövqenin “bir nömrəsi” Kamran İbrahimov hesab olunurdu.

Əhmədov hətta “Şamaxı” ilə qalib gəldiyi matçda (2:1) Sadıqlının buraxılan yeganə qolda etdiyi səhvə rəğmən ona güvənməyə davam etdi. Alqışlanası addımdır.

Amma yeni transferlər axtarışına çıxan çalışdırıcının planlarında qapı mövqeyini də əcnəbiyə tapşırmaq durduğu sirr deyil. Öncə uzun müddət ölkəmizdə çıxış edən Stanislav Namaşka ilə danışıqlar uğursuz oldusa, serbiyalı Stefan Cupicin ölkəmizə gəlməsinə isə Vətən müharibəsi zamanı əlehimizə etdiyi paylaşımlar mane oldu. Ardınca xorvatiyalı Mario Mustapiç ilə danışıqlar müsbət yekunlaşdı.

Mario komanda ilə məşqlərə qoşulsa da sənədləri qaydasında olmadığı üçün sifariş olunması mümkün olmadı. Problem azalır iki aydı davam edir.

Təbii ki, başverən prosesləri anban izləyən Orxan da yaxşı bilir ki, çərçivədəki yeri müvəqqəti ola bilər. Çünki baş məşqçinin axtarışları hələ də davam edir.

Amma son turlar göstərir ki, Əhmədovun inadı boşunadır. Ki, təcrübəli qolkiper heç də pis təsir bağışlamır. Komanda qazandığı 9 xalın hamısı son 8 görüşə təsadüf edir. Və bu matçların hamısında çərçivəni Sadıqlı qoruyub.

“Şamaxı” ilə oyundakı səhvi kənara qoysaq, digər oyunlarda hər hansısa ciddi nöqsan olmayıb. Hətta “Qarabağ”la oyunda penal qaytaran futbolçu bir çox oyunlarda komandasının xallar qazanmasında birbaşa səbəbkar olub.

Bu baxımdan elə sonuncu qərb derbisinə diqqət etmək yetərlidir. Final fitinə az qalmış 1 dəqiqədə 2 seyv edən Orxan prinsipila matçda məğlubiyyətə imkan vermədi.

Bir sözlə, uzun müddət Premyer Liqadan uzaq qalan sabiq “Xəzər Lənkəran”lı tədricən əvvəlki formasını bərpa edir.

Məncə, belə məqamda Tərlan Əhmədov yeni qapıçı axtarışında israr etməsi yetirməsinin də motviasiyasına məfi təsir etmiş olacaq.

Əksinə, belə anda yerli qapıçıya bir qədər çox diqqət artırıb, dəstək olsa daha yaxşı olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti