"Şamaxı" bombardirinə nə vaxt qovuşacaq?

19 Noyabr 2022 16:40 Premyerliqa 607
"Şamaxı" bombardirinə nə vaxt qovuşacaq?

“Şamaxı”nın böyük həsrətlə yolunu gözlədiyi Amil Yunanovdan yeni xəbər var.

İki aydan artıqdır zədə səbəbindən komandasına kömək edə bilməyən forvard məşqlərə start verib.

Hələki fərdi hazırlıq keçən hücumçunun yaxın günlərdə komanda ilə məşqlərə qoşulacağı ehtimal olunur.

Amma baş məşqçi Cavid Hüseynovun böyük ümidlər bəslədiyi 29 yaşlı oyunçunun dönüşü gələn aydan tez baş verməyəcək.

Halbuki futbolçunun Premyer Liqanın qarşıdakı turunda oynaması ehtimal olunurdu.

Amil Yunanov Premyer Liqanın 5-ci turunun “Turan Tovuz”la baç tutan qarşılaşmasında zədələnərək 19-cu dəqiqədə əvəzlənməli olmuşdur.

Amil ona kimi meydana çıxdığı 4 matçda komandasının vurduğu hər iki qolun müəllifi olmağı bacarmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti