Bölgə klubunun parlamaqda olan müdafiəçisi: "Marselo və Albani izləyərək..."

16 Noyabr 2022 21:00 Premyerliqa 871
Bölgə klubunun parlamaqda olan müdafiəçisi: "Marselo və Albani izləyərək..."

"Şamaxı"nın bu mövsüm parlamaqda olan siması Fuad Bayramov Sportinfo.az-a açıqlama verib.

24 yaşlı cinah müdafiəçisi əvvəllər başqa mövqedə oynadığını, amma məşqçilərin məsləhəti ilə cinahda oynamağa davam etdiyini bildirib:

"Uşaq futbolunda bir neçə mövqedə oynamışam. Sonra məşqçilər mənim cinah müdafiəçisi oynamağımı məsləhət gördülər. Bu mövqe üçün uyğun futbolçu olduğumu bildirdilər".

Bayramov arxada qalan turlar ərizndə 6 qolun asistini edib. O, sürətli reydləri və etdiyi ötürmələri ilə sanki Jordi Alba və Marselonu xatırladır.

Bu, heç də təsadüf deyil. Çünki istedadlı oyunçu davamlı həmin ikilinin oyunlarını yaxından izləyir:

"Kimisə özümə kumir seçdiyimi deyə bilmərəm. Amma öz mövqeyimdə olan oyunçuları izləyirəm və nələrsə götürməyə çalışıram.

Məsələn, Marselo, Jordi Alba kimi oyunçuları daha çox izləyirəm. Ən çox da Albanı deyərdim. Çox möhtəşəm açılmaları var".

XANOĞLAN

Xəbər Lenti