"Kəpəz"in legioneri düşərgəni tərk edib, ölkəsinə getdi

15 Noyabr 2022 22:20 Premyerliqa 2 003
"Kəpəz"in legioneri düşərgəni tərk edib, ölkəsinə getdi

“Kəpəz”in ötən ay heyətinə qatdığı Mario Mustapiç Xorvatiyaya qayıdıb.

Qolkiperin bölgə klubunu tərk etməsi keçidində yaranan problemlə bağlıdır.

O, təxminən bir həftə olar sənədlərini həll etmək üçün ölkəsinə gedib.

Mario iki aya yaxındı qərb təmsiçisinin düşərgəsində olsa da onu Peşəkar Futbol Liqasında qeydiyatdan keçirmək hələ də mümkün olmur.

Buna səbəb 23 yaşlı qapıçının sənədlərinin qaydasında olmamasıdır.

Son klubu vətənində “Rudes” olan çərçivə qoruyucusu ilə “Kəpəz” mövsümün sonuna kimi müqavilə imzalayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!