“Premyer Liqanı izləyirəm, səviyyə çox aşağı düşüb”

16 Noyabr 2022 19:40 Premyerliqa 1 148
“Premyer Liqanı izləyirəm, səviyyə çox aşağı düşüb”

“Premyer Liqanı izləmək imkanım olur, fürsət olduqca baxıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq müdafiəçisi Arif Daşdəmirov deyib.

Ölkəmizdə “Qarabağ”, “Qəbələ”, “Şamaxı” və “Sumqayıt” kimi klubların formasını geyinmiş dağıstanlı cinah oyunçusu 3 il öncə buranı tərk edib.

Bununla belə, çempionata nəzər yetirməyi yaddan çıxarmır. Amma Premyer Liqanın səviyyəsi onu qane etmir:

“Düzünü deyəsi olsam, bizim dövrlə müqayisədə səviyyə çox aşağı düşüb. Onda Azəırbycanda xeyli sayda yaxşı futbolçular var idi.

İstər yerlilər, istərsə də legionerlər arasında. Çempionat daha gərgin keçirdi, çempionun kimliyi son turadək bilinmirdi.

İndi Bakı üçün darıxıram. Oradakı böyük futbol azarkeşlərini unutmuram. İnşallah, tezliklə gəlib ordakı bütün qardaşları görəcəm.

Ən yaxşı vaxtlarım “İnter” (indiki “Şamaxı” – müəllif) və “Qəbələ”də olub. Çox təəssüf ki, “İnter” adında klub indi yoxdur”.

Xəbər Lenti