Azərbaycan Premyer Liqasında ən çox… Bu komandalarla bağlı

4 Oktyabr 2022 01:50 Premyerliqa 359
Azərbaycan Premyer Liqasında ən çox… Bu komandalarla bağlı

Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub.

Sportinfo.az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytına istinadən xəbər verir ki, siyahıya çempionatın lideri "Qarabağ" başçılıq edir.

"Köhlən atlar"ın hər matçda ortalama 584 ötürməsinin 86,8 faizi dəqiq alınır. "Neftçi" (536 ötürmə, 85 faiz dəqiq) bu göstəriciyə görə ikinci, "Qəbələ" (500, 83,9 faiz) üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda "Sabah" (478, 83,2 faiz), "Zirə" (471, 85,9 faiz), "Kəpəz" (436, 84,5 faiz), "Sumqayıt" (407, 79,4 faiz), "Səbail" (368, 79,4 faiz), "Şamaxı" (361, 79,1 faiz) və "Turan Tovuz" (319, 78,3 faiz) qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu