"Qarabağ" və "Neftçi"ni derbiyə aparan problemlər

1 Oktyabr 2022 16:40 Premyerliqa 355
"Qarabağ" və "Neftçi"ni derbiyə aparan problemlər

Bu gün futbol ictimaiyyətinin bütün diqqəti Suraxanıda olacaq. Ki, Azərbaycan futbolunda xüsusi yeri olan tarixi derbi var.

Ölkə çempionatlarının hamısında iştirak etmiş "Qarabağ" "Neftçi"ni qonaq edəcək.

Qarşılaşma iki həftə əvvəl olsaydı, şübhəsiz, "Qarabağ"ın hətta asan qələbəsini düşünmək olardı. İki həftə əvvəl "Nant"la oyuna təsadüf edir.

Yəqin ki, Fransa təmsilçisi üzərindəki möhtəşəm qələbə (3:0) hələ yaddaşlardan silinməyib. O "Qarabağ" bu çempionatda qarşısıalınmazdı. Hətta "Neftçi" üçün belə.

Bəs iki həftədə nə dəyişdi ki, "O "Qarabağ" frazasından istifadə edirik.

Məsələ odur ki, son 14 günə yaxın müddəti "ağdamlılar"ın heyəti pərən-pərən düşüb. İkisi Çernaqoriyada, təxminən 10 oyunçu da gününü Azərbaycan millisi ilə Slovakiya-Bakı marşurtunda keçirib.

Cəmi 7-8 futbolçunun ümidinə qalan Qurban Qurbanovun qısa müddətdə "Nant"la oyundakı performansı yaxalması asan olmayacaq. Düzdü, indiki halda da görüşün favoriti son çempiondur. Amma iki həftə əvvəlki qədər yox.

Qonaqlarda da problemlər yetəri qədərdir. Düzdü, millilərə az sayda oyunçu gedib. Amma baş məşqçi Regekampfın başına gələnlər nəyə desən dəyər. Hamıya bəs edər.

Öncə əcnəbi mütəxəssisin vətənində həyat yoldaşını döyməsi manşetləri bəzədi, ardınca da o, Rumıniya millisinə namizəd olması ilə gündəmə gəldi.

Hə, mətbuata açıqlamasında hər şeyin arxada qaldığını, başverənlərin karyersına dəxli olmadğını dilə gətirib. Amma özü də yaxşı bilir ki, yaşanan olaylar mütləq şəkildə onun komandanı derbiyə ürəyi istəyən kimi hazırlamasına mane olacaq.

Bir sözlə, tərəflər derbiyə problemlərə çıxacaq. Əksi olsa, məsələn formada olan, hazırlıqlı komandaların ifasında daha yaxşı, daha baxımlı futbola ümid etmək olardı.

Amma onu da unutmayaq ki, belə qarşılaşmalarda 90 dəqiqə tam başqa atmosfer olur. İnanaq ki, Suraxında ürəyimiz istəyən futbol şousana hər iki tərəfin ifasında şahid olacağıq. Sonda isə layiq olan qazansın! Baxımlı oyun, ədalətli bərabərlik də istirahət günü üçün pis əyləncə olmazdı.

XANOĞLAN İMANOV

Xəbər Lenti