PFL-in paylaşımı "Qarabağ" və "Neftçi" fanatların AYAĞA QALDIRDI

1 Oktyabr 2022 17:20 Premyerliqa 1 340
PFL-in paylaşımı "Qarabağ" və "Neftçi" fanatların AYAĞA QALDIRDI

Bu gün Azərbaycan Premyer Liqasında tarixi derbi var.

Bütün ölkə çempionatlarında iştirak etmiş iki komanda - "Qarabağ" və "Neftçi" üz-üzə gələcək.

Qarşılaşma "Azərsun Arena"da keçiriləcək.

Matçdan bir gün əvvəl çempionatı keçirən qurum olan Peşəkar Futbol Liqası (PFL) məhz bu arenın açılış günü baş tutan derbinin (1:1) qısa icmalın paylaşıb.

Post hər iki tərəfin fanatlarının qarşılıqlı söz atışması ilə yadda qalıb.

"Qarabağ" fanatları səhifə admininə 6:0, 4:0 udduqları oyunu yox, məhz 1:1 başa çatan görüşün icmalın paylaşmağı irad bildirib.

"Neftçi" sevərlər isə məlum oyundakı bərabərlik qolunu yenidən xatırlayaraq, hakim səhvinin qurbanı olmaqlarını yenidən yada salıblar.

Haqqında danışdığımız oyunda hesabı ilk hissədə Erik Ramos uzaqdan vurduğu zərbə ilə açmışdı. Cavab qolu isə 90-cı dəqiqədə Riçard Almeydanın penaldan vurduğu zərbə ilə gəlmişdi.

"Qarabağ" - "Neftçi" matçı bu gün, saat 18:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti