Problem aradan qalxdı - Premyer Liqa klubları bu həftə pul alacaq

26 Sentyabr 2022 14:40 Premyerliqa 1 138
Problem aradan qalxdı - Premyer Liqa klubları bu həftə pul alacaq

AFFA rəsmiləri Premyer Liqa klublarının nümayəndələri ilə əlaqə saxlayıb.

Bildirilib ki, onlara ödəniləcək maliyyə yardımı bu həftə yeni açılmış bank hesablarına köçürüləcək.

Qeyd olunub ki, sənədləşmə prosesi tamamlanıb və müvafiq dövlət təşkilatları tərəfindən qəbul edilib.

Burada söhbət hər kluba 3 milyon manatdan gedir. Əvvəlcədən əldə olunan razılaşmaya əsasən, vəsait aylar üzrə bölünərək elita təmsilçilərinə köçürüləcək.

Premyer Liqa iştirakçıları bu məqsədlə ayrıca bank hesabı açdırıb. Həmin hesaba yatırılacaq məbləğdən vergi tutulmayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti