Musa “poker” oynamır, poker edir - Azərbaycan çempionatında...

19 Sentyabr 2022 22:40 Premyerliqa 728
Musa “poker” oynamır, poker edir - Azərbaycan çempionatında...

Azərbaycan çempionatları tarixində 38-ci poker qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu, Premyer Liqanın 7-ci turuna təsadüf edib.

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı “Zirə” ilə səfər qarşılaşmasında (1:7) meydan sahiblərinin qapısına 4 qol vurub.

Bu təkcə 2022/23 mövsümünün deyil, son 8 mövsümün ilk pokeridir. Bir oyunda 4 qol vuran sonuncu futbolçu Freddi Mombonqo olub.

AZAL-ın futbolçusu 2014/15 mövsümündə fərqlənib. O, 2676 gün öncə - 2015-ci il mayın 22-də “Simurq”la qarşılaşmada (5:0) 4 qol vurub.

Xəbər Lenti