Premyer Liqa ilk istefanın astanasında

16 Avqust 2022 15:00 Premyerliqa 2 282
Premyer Liqa ilk istefanın astanasında

Azərbaycan Premyer Liqasında ilk məşqçi istefası baş verə bilər.

Söhbət "Kəpəz"in çalışdırıcısı Yaşar Vahabzadədən gedir.

Təcrübəli mütəxəssis yerli tərəfdarların uzun müddətdi davam edən "Yaşar istefa" tələbini reallaşdırmağa hazırlaşır.

Bu şərtlər altında işləməyin mümkünsüz olduğunu yaxşı başa düşən Vahabzadə rəhbərliyə getmək istəyini bildirib.

Artıq onun yerinə yeni baş məşqçi axtarışına da start verıib.

Qərb təmsilçisində uzun müddətdir gözlənilən bu dəyiş-düyüş yəqin ki, heç də uzun zaman almayacaq.

Yaşar Vahabzadə 2019-cu ildən "Kəpəz"i çalışdırır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti