"Hesab bizim üçün o qədər də önəmli deyil" - "Şamaxı"nın çalışdırıcısı

14 Avqust 2022 20:50 Premyerliqa 622
"Hesab bizim üçün o qədər də önəmli deyil" - "Şamaxı"nın çalışdırıcısı

"Bizi tək buraxmadıqlarına görə azarkeşlərimizə təşəkkür edirəm. Uzaq yol qət edib Qəbələyə gəldilər. Azərbaycan futbolunda özünəməxsus yeri olan "Qəbələ"yə qarşı oynadıq. Onların oturuşmuş kollektivi var. Bizim isə gənc heyətimiz var. Bunu hər dəfə qeyd edirəm. Sadəcə olaraq, bizə vaxt lazımdı. İkinci yarıda istədiyimizə hardasa nail ola bildik. Yolumuzu davam etdirəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Premyer Liqanın ikinci turunun "Qəbələ" - "Şamaxı" matçından sonra qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli deyib.

Gənc mütəxəssis rəhbərliyin qarşıya qoyulan hədəfindən də söz açıb: "Hədəfimiz hamıya bəllidi. Rəhbərliyin qarşımıza qoyduğu məqsəd odur ki, gənc futbolçuların oynamasına şərait yaradıb, onları inkişaf etdirək. Hazırda hesab bizim üçün o qədər də önəmli deyil. Buna baxmayaraq, məğlubiyyətin acısını çəkirik. "Qəbələ"yə qarşı ilk 20 dəqiqədə üç qol buraxmaq ani diqqətsizlikdən sonra oldu. "Qəbələ"də yerli və xarici zəngin təcrübəyə malik futbolçular var. Onlar şanslardan istifadə etdilər.

- Əkpər Vəliyevin durumu nə yerdədi?
- Hələ ki, yaxşıdı. Ola bilər ki, bu gün onu Bakıya yola saldıq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı