"Neftçi" və "Qəbələ" asan qələbə qazandı - YENİLƏNİB

14 Avqust 2022 22:22 Premyerliqa 2 172
"Neftçi" və "Qəbələ" asan  qələbə qazandı - YENİLƏNİB

Bu gün Premyer Liqada II tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son günündə iki matç baş tutub.

Hər iki görüşdə mövsümə səfər qələbəsi ilə başlayan komandalar bu dəfə doğma arenada çıxış edib. İlk turda öz meydanında uduzanlar isə səfər sınağına çıxıb. Hər iki qarşılaşmada sensasiya baş verməyib.

“Qəbələ” “Şamaxı”nı qəbul edib. Elmar Baxşıyevin yetirmələri turu itkisiz başa vuraraq, liderlər qrupunda qalıb.

"Şamaxı" isə yenə məğlubiyyətlə üzləşib. Qonaq komanda üçün yeganə təsəlli mövsümdə qol hesabını açması olub.

Vitse-çempion “Neftçi” “Kəpəz”i sınağa çəkib. Avrokuboklarla vidalaşan bakılılar bu görüşdə 3 xalı çətinlik çəkmədən əldə edib. Qərblilər vaxtilə əsas rəqibi olan "ağ-qaralar" önündə aciz qalıb.

14 avqust (bazar)

18:20. “Qəbələ” – “Şamaxı” 3:1

QOLLAR: Rövlan Muradov, 8, Murad Musayev, 10 Felipe Santos, 20 - Amil Yunanov, 55
Baş hakim: Fərid Hacıyev
Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

“Şamaxı”: 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 55. Adil Nağlyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli

20:30. “Neftçi” – “Kəpəz” 5-2

Qollar: Solomon Kverkveliya, 10, Donyo Qodsvey, 12, Kenni Sayef, 14, Eddi İsrafilov,51 Yeqor Boqomolski, 89 - Abdullahi Şuaybu, 57, Nicat Süleymanov, 90+3
Baş hakim: Nicat İsmayıllı

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 2. Mert Çelik, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato

Baş məşqçi: Laurentsiu Regekampf

“Kəpəz”: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov, 2. Zamiq Əliyev, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 24. Mixeil Erqemlidze

Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Abdullahi Şuaybu

​Baş məşqçi: Yaşar Vahabzadə
“Bakcell Arena”

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı