"Qarabağ" yeni mövsümə qələbə ilə start verdi - YENİLƏNİB

6 Avqust 2022 21:59 Premyerliqa 988
"Qarabağ" yeni mövsümə qələbə ilə start verdi - YENİLƏNİB

"Qarabağ" Azərbaycan Premyer Liqasına qələbə ilə start verib.

Sportinfo.az xəbər verir ki, son çempion ilk tur matçıda "Azersun Arena"da "Səbail"i qəbul edib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 42-ci dəqiqədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı açıb.

Fasiləyə əlavə olunmuş 2-ci dəqiqədə komandanın digər hücumçusu Ramil Şeydayev penaltidən fərqi artırıb. Meydan sahibləri fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

İkinci yarıda da üstün tərəf Ağdam komandası olub. Şeydayev 47-ci dəqidə özünün dublunu, komandasının 3-cü qolunu rəsmiləşdirib.

Bununla belə, "dənizçilər" meydana sonradan daxil olmuş gənc Elmir Tağıyevin uzaqdan vurduğu zərbə ilə hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Bu qol vurulanda tablo 71-ci dəqiqəni göstərib.

Qarşılaşmada başqa qol olmayıb və "Qarabağ" 3 xalla turnir cədvəlinin liderinə çevrilib. Qurban Qurbanovun komandası Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə"ni top fərqində qabaqlayır.

6 avqust

"Qarabağ" – "Səbail" 3:1
Qollar: M.Qurbanlı, 42. R.Şeydayev, 45+2-pen; 47 – E.Tağıyev, 71.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “Azersun Arena”.

Qarabağ: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 20. Kadi Borges, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev.
Baş məşqçi: Mahmud Qurbanov.

Digər Xəbərlər
Xəbər Lenti