Premyer Liqada yeni mövsümdən VAR tətbiq olunacaq

4 Avqust 2022 01:50 Premyerliqa 518
Premyer Liqada yeni mövsümdən VAR tətbiq olunacaq

Avqustun 5-də start götürəcək Misli Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FIFA tərəfindən milli assosiasiyaya göndərilib.

Ali futbol qurumu iyulun 13-ü və 14-də sistemin texnoloji hazırlığını, 22 - 24 iyulda isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti