Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli

1 Avqust 2022 20:40 Premyerliqa 1 707
Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli

Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli məlum bəlli olub.

Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, turun oyunları 4 günü əhatə edəcək.

2022/2023 mövsümünə avqustun 5-də "Dalğa Arena"da keçiriləcək "Kəpəz" - "Zirə" matçı ilə start veriləcək. "Qarabağ" "Azersun Arena"da "Səbail"lə qarşılşacaq.

Avqustun 7-də "Şamaxı" - "Neftçi" və "Sabah" - "Sumqayıt" görüşləri oynanılacaq. Turun son matçı isə avqustun 8-də Tovuzda "Turan Tovuz"la "Qəbələ" arasında olacaq.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

5 avqust (cümə)

19:30. “Kəpəz” – “Zirə”
"Dalğa Arena".

6 avqust (şənbə)

20:00. “Qarabağ” – “Səbail”
“Azersun Arena".

7 avqust (bazar)

17:00. “Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu.

19:15. “Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena".

8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi