“Qarabağ”ın oyunu təxirə salınacaq? - KLUBDAN AÇIQLAMA

30 İyul 2022 21:20 Premyerliqa 2 712
“Qarabağ”ın oyunu təxirə salınacaq? - KLUBDAN AÇIQLAMA

Çempionlar Liqasında “Sürix” səddini adlayan “Qarabağ” sıx qrafiklə üz-üzə qalıb.

“Köhlən atlar” avqustun 3-də ÇL-in üçüncü təsnifat mərhələsində Bakıda “Ferentsvaroş”la oynamalı, avqustun 6-da Azərbaycan Premyer Liqasının açılış turunda “Səbail”i qəbul etməli, 3 gün sonra “Ferentsvaroş”la səfər matçına çıxmalıdır.

7 gün aralığında 3 oyun, üstəgəl, bu qədər itkinin fonunda “Səbail”lə qarşılaşmada başqa futbolçuların da zədələnmək riski Qurban Qurbanovu narahat etməyə bilməz.

Düşünmək olardı ki, ağdamlılar Premyer Liqanın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqasına müraciət edib, Premyer Liqanın oyununun başqa vaxta keçirilməsinə nail olar.

Amma yox, “Qarabağ”ın belə bir fikri yoxdur.

Klubun mətbuat katibi Gündüz Abbaszadə Sportinfo.az-a açıqlamasında bu məsələ ilə bağlı PFL-ə müraciət etməyəcəklərini, “Səbail”lə matçın təxirə salınması barədə düşünmədiklərini, avqustun 6-da sözügedən qarşılaşmanın baş tutacağın bildirib.

HƏBİB

Xəbər Lenti