"Turan Tovuz" vətənə qələbə ilə qayıdır

29 İyul 2022 20:50 Premyerliqa 779
"Turan Tovuz" vətənə qələbə ilə qayıdır

“Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 2022/23 mövsümü üçün hazırlıqlarını Tbilisidə davam etdirən komanda bu gün üçüncü yoxlama oyununda qüvvəsini sınayıb. Ayxan Abbasovun yetirmələri Gürcüstan yüksək liqa təmsilçisi Tbilisi "Qaqra"sı ilə üz-üzə gəlib. Ayxan Hüseynov və Natan Oduvanın qolları ilə "Turan Tovuz" meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Gürcüstan toplanışını başa vuran komanda sabah vətənə dönəcək.

Xatırladaq ki, "Turan Tovuz" bundan əvvəl "Merani"yə (Gürcüstan) 3:1 hesabı ilə qalib gəlmişdi, "Dinamo"ya (Tbilisi) 0:4 hesabı ilə uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu