İqtisadiyyat Nazirliyi pul gözləyən Premyer Liqa klublarını XƏBƏRDAR ETDİ!

27 İyul 2022 16:40 Premyerliqa 1 567
İqtisadiyyat Nazirliyi pul gözləyən Premyer Liqa klublarını XƏBƏRDAR ETDİ!

İqtisadiyyat Nazirliyi növbəti mövsüm Premyer Liqada çıxış edəcək klublara avqustun ilk günlərində pul köçürəcək.

Bununla bağlı elita təmsilçilərinə bildiriş daxil olub.

Düzdür, yardım paketinin dəqiq məbləği açıqlanmayıb, ancaq söhbətin təqribən 2-2,5 milyon manatdan getməsi bilinmir. Vəsait aylar üzrə bölünərək, yüksək liqa iştirakçılarının hesabına yatırılacaq.

Avqustun 5-də Premyer Liqada yeni mövsümə start veriləcək. Klublar əvvəlki illərdə dotasiyanı AFFA-dan qəbul edirdi.

Federasiya SOCAR-ın ayırdığı vəsaiti öz bildiyi kimi onlar arasında bölüşdürürdü. İndi AFFA bu prosesdən uzaq tutulub.

İqtisadiyyat Nazirliyi sosial dəstək paketinin ünvanına çatdırılma vasitəsini dəyişib. Artıq məsələ Gənclər və İdman Nazirliyi ilə birgə həll olunur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!