İngiltərəli məşqçilər korpusunu necə sevindirdi? - "Turan Tovuz"da

25 İyul 2022 19:40 Premyerliqa 1 622
İngiltərəli məşqçilər korpusunu necə sevindirdi? - "Turan Tovuz"da

“Turan Tovuz” yeni mövsümə hazırlıqlarını qonşu Gürcüstanda davam etdirir.

Yeni transfer Nathan Oduva da artıq bir neçə gündür düşərgəyə qoşulub.

İngiltərəli hücumçunun hazırkı idman forması məşqçilər korpusunu sevindirib.

Belə ki, ötən mövsüm “Şamaxı”da artıq çəki ilə bağlı böyük narahatlıq yaşayan “Tottenhem”in yetirməsi əsas problemdən canını qurtara bilib. 4-5 kilo artıq çəkinı atdığı məlum olub.

Onun “Merani” ilə yoxlama görüşündə (3:1) meydanda yer almaması baş məşqçinin qərarı olub.

Ki, Ayxan Abbaov uzun yol qət edən forvarda istirahət etməsi və komandaya daha yaxşı adaptasiya olması üçün zaman verməyi düşünüb.

Ola bilər ki, iki gün sonra “Dinamo” ilə ikinci yoxlama görüşünü də Oduva kənardan izləsin. Amma “Qaqra” ilə sonuncu yoxlama görüşündə Abbasov ona mütləq şans verməyi planlaşdırır.

Ötən mövsümün ikinci yarısını “Şamaxı”da keçirən 26 yaşlı legioner İngiltərənin U-17, U-18 və U-20 millilərində çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti