Tovuzda yeni futbol layihəsinə maraq necədir? - AÇIQLAMA

31 İyul 2022 23:40 Premyerliqa 915
Tovuzda yeni futbol layihəsinə maraq necədir? - AÇIQLAMA

Yeni mövsüm Premyer Liqada çıxış edəcək “Turan Tovuz”dakı müəyyən hərəkətlilil diqqət çəkmiyə bilməz.

Klub rəsmiləri inkişaf üçün əlində olan məhdud imkanlardan maksimum yararlanmağa çalışır. Sonuncu belə addım isə azarkeşlərlə bağlı atılmış oldu.

Belə ki, Futbolun İnkişaf Fondu və “Turan Tovuz” Futbol Klubu fanatlar üçün 2022/2023-cü illər mövsümü üçün limitli sayda mövsümi biletləri təqdim etdiyini açıqladı.

500 ədəd satışa çıxacaq biletin birinin qiyməti 59 AZN təşkil edir.

Bu biletləri əldə edəcək azarkeş stadionun ən yaxşı yerlərinin birindən klubun keçirilən bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə biləcək. Bundan başqa mövsümi bilet əldə edən şəxsə klubun atributları da təqdim olunacaq.

Məlum elandan artıq bir neçə gün keçib. Bəs yerli publikanın arxada qalan günlər mövsümlük karta marağı necədir?

Sualımıza cavab olaraq bölgə klubunun mətbuat xidmətinin rəhbəri Süelyman Tağııyev Sportinfo.az-a bunları dedi:

“Bu layihə FİF-in layihəsidir. Təbii ki, maraq var. amma yekun satış sayını FİF dəqiq bilir. Bizim özümüzə də bir çox müraciətlər olur. Amma satış və qeydiyyat onlayndı”.

"Bəs yığılan vəsaitin xərclənməsinə kim nəzarət edəcək?" sualına isə Tağıyev qısaca belə aydınlıq gətirdi: "Sonda bütün kartlar satılandan sonra vəsaiti bizə ayıracaq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"