Azərbaycan millisində çempion olan futbolçu "Turan Tovuz"da

3 İyul 2022 17:40 Premyerliqa 1 910
Azərbaycan millisində çempion olan futbolçu "Turan Tovuz"da

Azərbaycan U-21 millisinin sabiq üzvü Sadiq Quliyev "Turan Tovuz"da çıxış edə bilər.

Belə ki, təcrübəli mərkəz müdafiəçisi artıq neçə müddətdir bölgə klubunun məşqlərində iştirak edir.

Futbolçunun durumu baş məşqçi Ayxan Abbasovu razı salsa, onunla müqavilə imzalanacaq.

O, yetirməsi olduğu "Qəbələ" ilə bərabər "Zirə" komandasında da uzun müddət Premyer Liqada çıxış edib.

Bütün aşağı yaş qrup millilərimizdə oynamış 27 yaşlı oyunçu son bir ili klubsuz qalmışdı.

Sadiq Quluyev 2017-ci il Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olan U-23 millimizin də şərəfin qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti