"Kəpəz" 8 ay klubsuz qalan legionerə "elçi düşdü"

23 İyun 2022 23:00 Premyerliqa 1 362
"Kəpəz" 8 ay klubsuz qalan legionerə "elçi düşdü"

Yeni mövsümə hazırlıqları davam etdirən "Kəpəz"in maraq dairəsində olan növbəti futbolçunun kimliyi məlum olub.

Bu, "Səbail"dən tanıdığımız iranlı legioner Peyman Keşavarzdı.

Bu barədə saytımıza açıqlamasında baş məşqçi Yaşar Vahabzadə məlumat verib.

Təcrübəli məşqçi uzun müddətdir klubsuz qalan oyunçu ilə danışıq apardıqlarını və razılıq olarsa, adıçəkilən futbolçunun komandaya qoşulacağını bildirib.

26 yaşlı mərkəz müdafiəçisi 2019/20 mövsümünü Bayıl təmsilçisində keçirib. O, meydana çıxdığı 20 matçda 2 qol və 1 asistlə yadda qalıb.

"Səbail"dən ayrılandan sonra qısa müddət "Traktor"da çıxış edən oyunçu 8 aydı klubsuzdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı