Azərbaycan Premyer Liqası başa çatdı - YENİLƏNİB

21 May 2022 21:25 Premyerliqa 1 977
Azərbaycan Premyer Liqası başa çatdı - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, sonuncu - XXVIII turun 2 oyunu eyni saatda başlayacaq.

Avrokuboklara vəsiqəni ötən tur təmin edən "Zirə" "Şamaxı"nı qəbul edəcək. 46 xalla 3-cü pillədə qərarlaşan "qartallar" qələbə qazanacağı halda bürünc medallara sahib çıxacaq. 21 xalı olan "Şamaxı" isə hazırda 6-cı sırada yer alıb.

Komandalar indiyədək ölkə çempionatında 26 dəfə rəqib olublar. Bunların 10-da meydan sahibləri, 6-da qonaqlar qalib gəlib. Topların nisbəti də Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın xeyrinədir - 33:27. "Zirə" son 7 oyunda uduzmayıb. "Şamaxı" isə son 4 matçda qol vurmayıb.

Bu oyunla eyni saatda start götürəcək digər qarşılaşmada 44 xalla 4-cü sırada gedən "Qəbələ" özündən 4 xal az toplayan və 5-ci olan "Sabah"ı qəbul edəcək.

Növbəti mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət klubu çempionatı 3-cü yerdə bitirə bilər. "Qırmızı-qaralar" bunun üçün rəqibinə qalib gəlməli və "Zirə"nin xal itirməsini gözləməlidir.

Bu, iki kollektivin Premyer Liqadakı 15-ci dueli olacaq. Əvvəlki 14 qarşılaşmanın 5-i "Qəbələ"nin, 7-si "Sabah"ın xeyrinə başa çatıb.

"Qırmızı-qaralar" rəqibin vurduğu 20 qola 14 topla cavab verib. "Sabah" son iki görüşdə üç qol vuraraq qalib gəlib. Qəbələdəki son 4 matçda hər iki komanda qol vurub.

Turun digər matçı Sumqayıtda eyniadlı komanda ilə "Səbail" arasında baş tutacaq. Bu görüşü autsayderlərin dueli də adlandırmaq olar. Çünki "gənclik şəhəri" təmsilçisi 19 xalla 7-ci, "dənizçilər" isə 15 xalla sonuncu - 8-cidir.

Komandalar bunadək ölkə çempionatında 17 dəfə üz-üzə gəlib. Bunların 8-də meydan sahibləri, 6-da qonaqlar qələbəni bayram edib.

Topların fərqində də "Sumqayıt"ın üstünlüyü var - 18:14. Son 4 oyunda 2 və ya daha az qol qeydə alınıb. "Səbail" son 5 matçda yalnız bir dəfə qalib gəlib.

Mövsüm "Qarabağ" və "Neftçi" arasında keçiriləcək Azərbaycan derbisi ilə başa çatacaq. "Köhlən atlar" 66 xalla zirvədə, "ağ-qaralar" isə 50 xalla 2-ci pillədə qərarlaşıb.

Əzəli rəqiblər indiyədək Premyer Liqada 86 dəfə üz-üzə gəlib. Qələbə sayına görə Ağdam klubu rəqibini xeyli qabaqlayır - 33:23.

Bu oyunlarda bölgə klubu 100, paytaxt təmsilçisi 78 qol vurub. Son 7 matçda heç-heçə qeydə alınmayıb. “Qarabağ” son 3 oyunda qalib gəlib.

21 may (şənbə)

17:00. “Zirə” – “Şamaxı” 0:0
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu, (canlı/CBC Sport)

“Zirə”: 41. Anar Nəzirov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev
Məşqçi: Vaqif Paşayev
“Şamaxı”: 27. Əkpər Vəliyev, 99. Rafael Məhərrəmli (k), 11. Sadio Tounkara, 72. Aldair Neto, 10. Felipe Santos, 6. Franko Flores, 9. Natan Oduva, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 19. Fəhmin Muradbəyli, 24. Nihad Tamazov, 80. İbrahim Novruzov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov, 97. Qurban Səfərov
Baş məşqçi: Rüstəm Əliyev

17:00. “Qəbələ” – “Sabah” 1:1

Qollar: Murad Musayev, 68 - Aleksey Kaşuk, 86
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu, (pfl.az/canlı)

“Qəbələ”: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 12. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah”: 94. Yusif İmanov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 99. Hiqor Qabriel, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 24. Mixeil Erqemlidze, 11. Kristian Sebalyos, 15. Kristian da Silva, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Məşqçi: Vitali Korneyev

19:00. “Sumqayıt” – “Səbail” 5-0

Qollar: Anatoli Nuriyev, 4, Əli Qurbani, 35, 42, Elvin Bədəlov, 51, Vuqar Bəybalayev, 86
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena".

“Sumqayıt”: 23. Andrey Popoviç, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 9. Əli Qurbani, 74. Yusif Nəbiyev, 91. Anatoli Nuriyev, 8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 78. Araz Abdullayev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı

“Səbail”: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 5. Adil Nağıyev (k), 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 77. Ədilxan Qarəhmədov, 66. İbrahim Aslanlı

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov, 15. Ayxan Bədizadə

19:30. “Qarabağ” – “Neftçi” 4-1

Qollar: Patrik Andrade, 6, 14, Kadi Borges, 10, İvan Brkiç, 56 (avtoqol) - Ramon Maçado, 71
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”, (canlı/CBC Sport)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı

“Neftçi”: 1. İvan Brkiç, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç (k), 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov

1

Qarabağ

27

20

6

1

68-12

66

2

Neftçi

27

15

5

7

41-27

50

3

Zirə

27

13

7

7

33-27

46

4

Qəbələ

27

12

8

7

37-33

44

5

Sabah

27

12

4

11

41-33

40

6

Şamaxı

27

5

6

16

25-49

21

7

Sumqayıt

27

4

7

16

17-46

19

8

Səbail

27

4

3

20

17-52

15

Bombardirlər: Filip Ozobiç, Vadji İbrahima, Kadi Borqes (hamısı "Qarabağ"), Coy-Lens Mikels ("Sabah"), Davit Volkov ("Zirə") – 11, Tiaqo Bezerra ("Neftçi") - 10 qol.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!