Premyer Liqada 7 futbolçu üçün yolun sonu göründü

18 May 2022 20:40 Premyerliqa 1 201
Premyer Liqada 7 futbolçu üçün yolun sonu göründü

Azərbaycan Premyer Liqasında 7 futbolçu mövsümü başa vurub.

Sportinfo.az xəbər verir ki, XXVII turda cəzalı duruma düşən bu oyunçular sonuncu matçı buraxmalı olacaq.

“Şamaxı”, “Neftçi” və “Sabah”ın hərəsində iki itki var. Bölgə təmsilçisi Elçin Mustafayevlə Merab Qiqaurinin xidmətindən məhrum olub. Hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alıb.

“Neftçi”nin iki üzvü də eyni halla üzləşib. Bunlar Emin Mahmudovla Azər Əliyevdir.

“Sabah”ın oyunçuları isə fərqli səbəblərdən cəzalı duruma düşüb. Amin Seydiyev qırmızı vərəqə aldığı üçün, Zurab Oçiqava 8-ci xəbərdarlığa görə son turu buraxacaq. “Səbail”in yeganə itkisi Domantas Şimkus mövsümdə 4-cü sarı vərəqəsini alıb.

7 futbolçudan başqa iki baş məşqçi – Rəşad Sadıqov (“Zirə”) və Murad Musayev (“Sabah”) də 4-cü sarı vərəqə aldığından son turda kənarda qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti