Premyer Liqaya qayıdan klublar üçün YENİ SPONSORLAR – SON DƏQİQƏ

6 May 2022 14:00 Premyerliqa 2 253
Premyer Liqaya qayıdan klublar üçün YENİ SPONSORLAR – SON DƏQİQƏ

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Toplantıda 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra müvafiq qərarlar verib. Nəticədə “Turan Tovuz”la “Kəpəz” Premyer Liqaya buraxılıb.

“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 13-cü maddəsinə müvafiq olaraq, 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

“Turan Tovuz”la “Kəpəz” AFFA-dan hərtərəfli maliyyə dəstəyi alacaq. Yəni, federasiyanın onların hər birinə 500 min manat büdcə ayırmaqla kifayətlənməyəcək.

AFFA Premyer Liqaya qaytardığı qərb təmsilçilərinə əlavə maddi qaynaq tapmağı öz üzərinə götürüb.

Hər iki kubun rəhbərliyinə bildirilib ki, hazırda müəyyən şirkət və banklarla danışıqlar gedir və mayın sonunadək sponsorluq müqavilələrinin imzalanması planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı