"Neftçi" "Sumqayıt"a qalib gəldi, "Qəbələ" 3 xalı 3 qolla qazandı

4 May 2022 21:56 Premyerliqa 1 066
"Neftçi" "Sumqayıt"a qalib gəldi, "Qəbələ" 3 xalı 3 qolla qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun ikinci günündə iki matç keçirilib.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” və “Qəbələ” Bakıda üz-üzə gəlib. Rəşad Sadıqovun yetirmələri qalib gəlsəydi, Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcəkdi.

Lakin bölgə təmsilçisi gözlənilməz qalibiyyətlə buna imkan verməyib. Bakıda rəqibini 3 cavabsız qolla üstələyən “Qəbələ” Premyer Liqada 7 oyunluq qələbə həsrətinə son qoyub və bir tur sonra yenidən 4-cü pilləyə yüksəlib.

Tura Sumqayıtda yekun vurulub. Bu il qələbə həsrətində olan meydan sahibləri “Neftçi”ni qəbul edib. “Sumqayıt” uğursuzluq zolağından bu görüşdə də çıxa bilməyib.

“Gənclik şəhəri” təmsilçisinin uzun müddət azlıqda çıxış etdiyi matçda “ağ-qaralar” çətinliq çəkmədən 3 xalı aktivinə yazdırıb. Bununla “Neftçi” 2-ci pillədəki mövqeyini daha da möhkəmlədib.

Turun ilk günündə “Şamaxı” – “Səbail” (0:0) və “Qarabağ” – “Sabah” (1:1) oyunları keçirilib.

4 may (çərşənbə)
“Zirə” – “Qəbələ” - 0:3
Qollar:
Fernan Lopes, 26, Rafael Utziq, 45, Omar Hani, 81
Baş hakim: Rəşad Əhmədov
“Zirə”: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 32. Qismət Alıyev (k), 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 18. Mehrac Baxşalı
Baş məşqçi: Elmar Baxşıyev
Zirə İdman Kompleksinin stadionu

“Sumqayıt” – “Neftçi” - 0:2
Qollar:
Tiaqo Bezerra, 12, 62
Qırmızı vərəqə: Camaləddin Xocaniyazov, 19
Baş hakim: Kamal Umudlu
“Sumqayıt”: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 14. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 91. Anatoli Nuriyev, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev
Baş məşqçi: Aleksey Baqa
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 44. Seymur Əliyev, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli
Baş məşqçi: Samir Abasov
“Kapital Bank Arena”

1

Qarabağ

24

18

5

1

60-12

59

2

Neftçi

25

15

5

5

41-25

50

3

Zirə

25

12

6

6

32-27

42

4

Qəbələ

25

10

8

7

35-33

38

5

Sabah

25

11

3

11

37-31

36

6

Şamaxı

25

5

6

14

25-46

21

7

Sumqayıt

24

3

6

15

13-39

15

8

Səbail

25

4

3

18

17-47

15

Bombardirlər: Coy-Lens Mikels (“Sabah”), Davit Volkov (“Zirə”) - 11 qol, İbrahima Vadji, Filip Ozobiç (hər ikisi “Qarabağ”), Tiaqo Bezerra (“Neftçi”) - 10 qol

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!