"Neftçi”ylə “Şamaxı” çətin vəziyyətə düşdü - ONLARA GÖRƏ

3 May 2022 16:20 Premyerliqa 1 306
"Neftçi”ylə “Şamaxı” çətin vəziyyətə düşdü - ONLARA GÖRƏ

Mayın 2-də və 3-də Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçiriləcək.

Çempionatın həlledici mərhələsinə “ayaq basan” komandaların duellərinin hansı hesablarla bitəcəyi maraq doğurmağa bilməz.

Lakin heç də bütün futbolçular mübarizənin həyəcanını meydanda hiss edə bilməyəcək. Vərəqə cəzalıları oyunları kənardan izləməyə məhkum olduğu halda, 3 “sarı”sı olanlar növbəti görüşdə iştirak etmək üçün ehtiyatı əldən verməməlidir.

25-ci tur cəzalı futbolçuların çoxluğu ilə diqqət çəkir. Nə az, nə çox, 10 futbolçu həftəiçi oyunlarda meydana çıxmaqdan məhrumdur. Maraqlıdı 10 futbolçudan 6-nın müdafiəçi olmasıdır.

Bunlar “Neftçi”nın aparıcı futbolçuları Ömər Buludovla Mamadu Mboc, “Şamaxı”nın əsas fiqurları Şəhriyar Əliyevlə Franko Flores, həmçinin gənc Pərviz Azadov, “Qəbələ”dən Rövlan Muradov, “Sabah”dan Coy-Lens Mikels, “Səbail”dən Adil Nağıyevlə Tural Bayramlı, “Sumqayıt”dan Höccət Haqverdidir.

Əvəzində 28 futbolçu isə diqqətli olmağa məhkumdur. Geridə qalan turlarda oyun qaydalarına əməl etməyib 3 sarı vərəqə alıb, cəzanın bir addımlığına yaxınlaşanlar bu dəfə ehtiyatlı davranmalı olacaq.

3 “sarı”sı olanların siyahısını təqdim edirik:

Murad Musayev, Rüfət Əhmədov, Stefan Vukçeviç, Emil Səfərov, Nicat Mehbalıyev (hamısı “Qəbələ”), Emin Mahmudov, Azər Əliyev, Tyaqo Bezerra (hər ikisi “Neftçi”), Aldair Neto, Merab Qiqauri, Turan Vəlizadə, İlkin Qırtımov, Stanislav Namaşko (hamısı “Şamaxı”), Cəlal Hüseynov, Coşqun Diniyev, Ağabala Ramazanov, Dmitrios Çantakias, Davit Volkov, Mohamed Hamdaui, Sərtan Taşkın, Loris Bronyo (hamısı “Zirə”), Ceyhun Nuriyev, Mixail Erqemlidze (hər ikisi “Sabah”), Rauf Əliyev, Domantas Şimkus, Məhəmməd Mirzəbəyov (hamısı “Səbail”), Qara Qarayev, Kadi Borges (hər ikisi “Qarabağ”).

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti