"Qarabağ" növbəti çempionluğunu rəsmiləşdirdi

3 May 2022 20:55 Premyerliqa 2 087
"Qarabağ" növbəti çempionluğunu rəsmiləşdirdi

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

Açılış görüşündə autsayderlər zonasında qərarlaşan komandalar üz-üzə gəlib. “Şamaxı” eyniadlı şəhərdə ilk qələbəsini qazanmağa çalışsa da, “Səbail”in müqavimətini qıra bilməyib – 0:0.

Günə çempionatın lideri “Qarabağ”la “Sabah” arasında matçla yekun vurulub. İlk 45 dəqiqəsi qolsuz bitən görüşün taleyi fasilədən sonra həll olunub. Kadi Borqes 47-ci dəqiqədə hesabı açsa da, Kristian da Silva bərabərlik qoluna imza atıb.

Bu bir xal Qurban Qurbanovun yetirmələrinə qızıl medalları təmin etmək imkanı verib. Xal hesabını 59-a çatdıran ağdamlılar finişə üç tur qalmış izləyiciləri üçün əlçatmaz olub.

3 may
“Şamaxı” – “Səbail” - 0:0
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov
“Şamaxı”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 9. Natan Oduva, 22. Elçin Mustafayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov
Baş məşqçi: Rüstəm Əliyev
“Səbail”: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Şamaxı şəhər stadionu

"Qarabağ” – “Sabah” - 1:1
Qol:
Kadi Borqes, 47 - Kristian da Silva, 60
Qırmızı vərəqə: Patrik Andrade, 59
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 11. Xayme Romero, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Baş məşqçi: Murad Musayev
“Azersun Arena”

1

Qarabağ

24

18

5

1

60-12

59

2

Neftçi

24

14

5

5

39-25

47

3

Zirə

24

12

6

6

32-24

42

4

Sabah

25

11

3

11

37-31

36

5

Qəbələ

24

9

8

7

32-33

35

6

Şamaxı

25

5

6

14

25-46

21

7

Sumqayıt

23

3

6

14

13-37

15

8

Səbail

25

4

3

18

17-47

15

Bombardirlər: Coy-Lens Mikels (“Sabah”), Davit Volkov (“Zirə”) - 11 qol, İbrahima Vadji, Filip Ozobiç (hər ikisi “Qarabağ”) - 10 qol

Xəbər Lenti