Gözlənilən ŞAD XƏBƏR gəldi – “Qarabağ”, “Neftçi” və digərlərinin…

11 Yanvar 2022 21:20 Premyerliqa 1 570
Gözlənilən ŞAD XƏBƏR gəldi – “Qarabağ”, “Neftçi” və digərlərinin…

Azərbaycanlı futbolsevərlər yanvarda futbolsuzluqdan əziyyət çəkməyəcək.

Çempionatda fasilə yaranıb, ölkəmizin 6 komandası hazırlığını Antalyada davam etdirəcək, qardaş ölkədə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

Sevindirici məqam matçlarının böyük əksəriyyətinin canlı yayımla təqdim olunacağıdır.

Belə ki, Peşəkar Futbol Liqası matçları “yutub” kanalı vasitəsi ilə birbaşa göstərəcək. Qurumun əməkdaşları bu niyyətlə yanvarın 12-dən 26-na qədər kurort şəhərində məskunlaşacaq.

Sportinfo.az daha bir sevindirici xəbəri diqqətinizə çatdırır. Azarkeşlik etdiyiniz komandanın yoldaşlıq görüşlərini təkcə internet üzərindən yox, həm də “CBC Sport” telekanalından izləyə biləcəksiniz.

Əldə etdiyimiz bilgiyə görə, idman kanalının rəhbərliyi, nəhayət, Türkiyə səfəri üçün büdcə ayrıldığını təsdiqləyib. Telekanalın əməkdaşları 8-10 gün müddətində Antalyada canlı yayım çəkilişlərini həyata keçirəcək.

Lakin konkret tarixlər və hansı oyunların göstəriləcəyi hələ ki, bəlli deyil.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti