Azərbaycanın XXI əsrdə ən çox qələbə qazanan 11 klubu - SİYAHI

9 Yanvar 2022 20:20 Premyerliqa 955
Azərbaycanın XXI əsrdə ən çox qələbə qazanan 11 klubu - SİYAHI

Azərbaycan Premyer Liqasında XXI əsrdə ən çox qələbə qazanan komandaların siyahısı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın tərtib etdiyi cədvəldə 2001-ci il yanvarın 1-dən indiyədək olan müddətdə çempionatda ən çox qalib gələnlər yer alıb.

Siyahıya “Qarabağ” başçılıq edir. Ağdam klubu 21 il ərzində hamıdan çox – 327 dəfə üç xal əldə edib.

İkinci sıradakı “Neftçi”ni rekordçudan 15 qələbə ayırır. İlk “üçlüy”ü “Keşlə” qapayır.

Ən çox qələbəsi olan 11 klubdan beşi – “Bakı”, “Xəzər Lənkəran”, “Turan”, AZAL və “Simurq” çoxdan tarixin yaddaşına köçüb. “Kəpəz” isə aşağı liqada çıxış edir.

XXI əsrdə ən çox qələbə qazanan 11 klub
1. “Qarabağ” - 327
2. “Neftçi” - 312
3. “Keşlə” - 271
4. “Qəbələ” - 178
5. “Bakı” - 163
6. “Xəzər Lənkəran” - 160
7. AZAL - 127
8. “Turan” - 95
9-10. “Simurq” - 88
9-10. “Kəpəz” - 88
11. “Sumqayıt” - 83

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"