Rednikin “Xəzər Lənkəran”a gətirdiyi şəxs: “Bəlkə də Azərbaycana qayıtdım“

9 Yanvar 2022 02:00 Premyerliqa 759
Rednikin “Xəzər Lənkəran”a gətirdiyi şəxs: “Bəlkə də Azərbaycana qayıtdım“

“Azərbaycandakı vaxtlarımı çox yaxşı xatırlayıram. Həqiqətən də əla günlər idi.

“Xəzər Lənkəran”dan yaxşı xatirələrim qalıb. İlk ildə çox yaxşı çıxış etdiyimizi xatırlayıram.

Kuboku qazandıq. “Qarabağ” və “Neftçi” ilə çempionluq mübarizəsi aparırdıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Mihai Teja deyib. “Dinamo”(Buxarest), “Styaua” klublarının sabiq çalışdırıcısı Azərbaycana qayıtmaq istədiyi barədə danışıb.

Son dəfə Rumıniyada “Qaz Metan”ı çalışdırmış 43 yaşlı mütəxəssis fikirlərinə bu cür davam edib:

“Azərbaycan, Bakı və insanları bəyənirdim. “Qarabağ”, “İnter”, “Bakı” klublarına qarşı çətin oyunlar keçirdi.

“Neftçi” ilə derbini xüsusi qeyd edərdim. Həmin vaxtı Azərbaycanda çox yaxşı futbolçular çıxış edirdi. Çünki klubların da yaxşı büdcəsi var idi.

Azərbaycandan ayrıldıqdan sonra baş məşqçi kimi çalışıram. Uzun illərin təcrübəsi var. “Styaua”, “Dinamo”(Buxarest) kimi böyük klublarda işləmişəm.

Azərbaycanla bağlı yaxşı xatirələrim qalıb. Bəlkə də gələcəkdə Azərbaycana qayıdaram. Bunu böyük məmmuniyyətlə edərəm.

Azərbaycandakı dostlarımla danışmışdım, çox müzakirələr getmişdi. Ancaq o vaxtlar çalışırdım və Azərbaycana qayıtmaq mümkün olmadı”.

“Azərbaycan çempionatı ilə tez-tez maraqlanıram. Adrian Skarlatake ilə danışırdım. “Qarabağ”ın Avropada böyük işlər gördüyünü izləyirəm.

Azərbaycana qayıtsam, kuboklar və avrokuboklara yollanmaq uğrunda mübarizə aparmaq istəyirəm” – deyə, Teja fikirlərini yekunlaşdırıb.

Teja 2010-2011-ci illərdə "Xəzər Lənkəran"da Mirça Rednikin köməkçisi vəzifəsində çalışıb.

43 yaşlı mütəxəssis sonradan “Universitetya Kluj”, “Dinamo”(Buxarest), “Panduri”, Styaua”, “Politexnika Yasi”, “Voluntari” klublarında, həmçinin Rumıniyanın U-21 yığmasında baş məşqçi kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!