Flaqman Azərbaycanı “Top-10”a daxil etdi, “Neftçi” isə…

28 Dekabr 2021 13:40 Premyerliqa 1 434
Flaqman Azərbaycanı “Top-10”a daxil etdi, “Neftçi” isə…

İlk dəfə təşkil olunan UEFA-nın yeni layihəsi olan Konfrans Liqasında mövsümün ilk yarısı başa çatıb.

Sportinfo.az xəbər verir ki, Avropanın üçüncü dərəcəli klub turnirinin hansı ölkələr üçün uğurlu olduğu açıqlanıb.

Təsnifat raundları və qrup mərhələsinin yekunlarına əsasən Konfrans Liqasının 10 ən yaxşı ölkəsi müəyyənləşib. Bu turnirdə komandaları ən çox xal toplayanlar arasında Azərbaycan da var.

Ölkəmiz Konfrans Liqasının 10-cusudur. Təmsilçilərimiz burada 15 xal yığıb.

Bunun 14-ü “Qarabağ”ın hesabındadır. “Neftçi” və “Sumqayıt” hərəyə yarım xal əldə edib.

1. Niderland – 39,5
2. İsrail – 25,5
3. Danimarka - 25
4. Norveç – 21,5
5. Çexiya – 19
6. İsveçrə - 18
7-8. Avstriya – 17
Belçika – 17
9. Serbiya – 15,5
10. Azərbaycan – 15

Göründüyü kimi, ilk “onluq”da aparıcı futbol liqalarından heç biri yoxdur. Bu da səbəbsiz deyil. İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa kimi “Top-5” liqaları üçün Çempionlar Liqası prioritet sayılır.

Hətta Avropa Liqasını bəyənməyən nəhənglər Konfrans Liqasına barmaqarası yanaşırlar. Niderlandın lideri olduğu Konfrans Liqasında İsrail, Danimarka və Norveç kimi ölkələr də “at oynadır”.

Azərbaycanın üç komandası Konfrans Liqasında mübarizəyə başlayıb. “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin ardınca Çempionlar Liqası və Avropa Liqasına vida edən “Neftçi” də üçüncü dərəcəli yarışa yuvarlanıb (apasport.az).

Xəbər Lenti