Premyer Liqanın ən əzazil adamı - Onun yanında səs çıxarmaq olmaz!

27 Dekabr 2021 19:40 Premyerliqa 1 330
Premyer Liqanın ən əzazil adamı - Onun yanında səs çıxarmaq olmaz!

Komandalardan hansısa biri uduzanda penalti və qırmızı vərəqə epizodları hakimlərin üçün problem mənbəyidirsə, məğlub olan baş məşqçilər üçün bəhanə tutacağıdır.

Azərbaycan Premyer Liqasında hər turda olmasa da, tez-tez məşqçi narazılıqları ilə rastlaşırıq.

Filan hakim 11 metrlik cərimə zərbəmizi “yedi”, filan hakim futbolçumuza haqsız “qırmızı” göstərdi və sair.

Ötən həftə çempionatımızın penalti mənzərəsini canlandırmışdıq. Bu dəfə qırmızı vərəqlərlə bağlı mövzuya toxunacağıq.

Öncə ümumi siyahını təqdim edək, sonra keçək detallara.

Sabah - Səbail
Coy-Lens Mikels, 90+4
Hakim: Rəşad Əhmədov
Qəbələ - Keşlə
Şəhriyar Əliyev, 90+5
Hakim: Rəşad Əhmədov
Keşlə - Zirə
Anatoli Abanq, 28
Hakim: Əliyar Ağayev
Qəbələ - Səbail
Ədilxan Qaraəhmədov, 86
Hakim: Rauf Allahverdiyev
Keşlə - Qarabağ
Sənan Qurbanov
Hakim: Fərid Hacıyev
Qəbələ - Zirə
Ehtiram Şahverdiyev, (oyundan sonra)
Hakim: Əliyar Ağayev
Sabah – Qarabağ
Xulio Sezar Rodriges
Hakim: Kamal Umudlu
Sabah – Sumqayıt
Murad Xaçayev, 12
Hakim: İnqilab Məmmədov
Keşlə - Qəbələ
Stefan Vukçeviç, 69
Hakim: Vüqar Həsənli
Zirə - Keşlə
Tural Axundov, 90+4
Hakim: Rəşad Əhmədov
Sumqayıt – Səbail
Nikolas Raysel, 63. Aftandil Hacıyev (oyundan sonra)
Hakim: Fərid Hacıyev
Sabah – Zirə
Xuan Kamara, 48
Hakim: Kamal Umudlu
Səbail – Qəbələ
Yurgen Qoxa, 56
Hakim: Rəvan Həmzəzadə
Qəbələ - Sumqayıt
Vurğun Hüseynov, 83
Hakim: Rəşad Əhmədov
Keşlə- Səbail
Anatoli Abanq, 61
Hakim: Rauf Cabbarov
Zirə - Qəbələ
Omar Hani, 87
Hakim: Elçin Məsiyev
Qəbələ - Neftçi
Ruan Renato, 89
Hakim: Kamal Umudlu

Çempionatın ən intizamsız futbolçusu Anatoli Abanqdır. “Keşlə”nin sabiq forvardı 14 turda 2 dəfə meydandan qovulub. Başqa heç bir futbolçu Premyer Liqanın ilk yarısında onun qədər hakim qəzəbinə tuş gəlməyib.

Yeri gəlmişkən, Abanqın formasını geyindiyi “Keşlə” də rəqibləri ilə müqayisədə bu baxımdan liderdir.

14 turda “qırmızılar”ın 4 futbolçusu meydanı vaxtından əvvəl tərk edib. Bakılılara “Qəbələ” şəriklik edir. Bölgə təmsilçisinin ayrı-ayrı futbolçuları da 4 halda qarşısında “qırmızı” görüb.

Avqustdan dekabra qədər 16 futbolçu və 2 baş məşqçi qırmızı vərəqə ilə cəzalandırılıb.

Sənan Qurbanovla Aftandil Hacıyev qarşısında gördüyü vərəqənin rəngi birbaşa tünd olubsa, futbolçular 9 halda ikinci “sarı”dan sonra meydandan qovulub. 7 dəfə isə birbaşa qırmızı vərəqə ilə “mükafatlandırılıblar”.

Futbolçuların “qırmızılar”ının cəmi 3-ü ilk hissədə verilib, yerdə qalan 13-ü ikinci yarıda və ya oyundan sonra.

Keçək əsas məsələyə, ən əzazil hakimin kimliyinə.

Hər nə qədər təəccüblü görünsə də, bu, Premyer Liqanın ilk yarısında cəmi 7 oyunda fit çalmış Rəşad Əhmədovdur.

Qətiyyəti ilə seçilən referi idarə etdiyi matçların 4-ündə futbolçuları vaxtından əvvəl paltardəyişmə otağına göndərib. Və bu 4 haldan 3-ü oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrə təsadüf edib.

Fərid Hacıyev 2 oyunda meydanın “ağası” olub və hər 2 halda sərt üzünü “qırmızı” ilə göstərib.

14 turda baş hakim kimi təyinat almış 11 ədalət təmsilçisindən yalnız 1-i – Kamranbəy Rəhimov “qırmızı”ya əl atmayıb.

Ümumilikdə tünd rəngli vərəqənin bölgüsü belədir:

Rəşad Əhmədov – 4, Kamal Umudlu – 3, Əliyar Ağayev, Fərid Hacıyev (hər ikisi 2), Vüqar Həsənli, İnqilab Məmmədov, Rauf Allahverdiyev, Rauf Cabbarov, Elçin Məsiyev, Rəvan Həmzəzadə (hamısı 1).

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti