QINADI: “Sən podiuma, yoxsa futbol oynamağa çıxırsan?”

25 Dekabr 2021 14:20 Premyerliqa 1 042
QINADI: “Sən podiuma, yoxsa futbol oynamağa çıxırsan?”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yerli futbolçuları zəif çıxış etməkdə qınayıb.

Sportinfo.az xəbər verir ki, o, çıxış yolunu Premyer Liqada limitin dəyişdirilməsində deyil, oyunçuların məvaciblərinin azaldılmasında görür:

“Diqqət yetirək görək, yerli futbolçular aldıqları pula layiq futbol oynayırlar? Günah kimdədir?

Limiti dəyişməkdənsə, deyək ki, ay klub rəhbərləri, gəlin, pulu azaldaq. Vaxtilə klubda çalışdığımız zaman bütün klub rəsmiləri bir araya yığıldıq, qərara gəldik ki, futbolçuların qiymətini şişirməyək.

Yerli futbolçularımız kənara ona görə çıxmırlar ki, buradakı pulu xaricdə vermirlər. Bunun üçün də məvacibləri azaltmaq lazımdır.

Legioner limitini dəyişsək belə, bunun yerli futbolçuların qiymətinə təsiri olmayacaq. Əgər klub rəhbərləri müraciət eləsələr ki futbolçular məhz pula görə oynamırlar, çempionatın ortasında məsələ qaldıraram,

AFFA rəhbərliyi ilə toplantı təşkil edib, limiti dəyişərik. Təki buna getsinlər. Futbolçularımızı bir balaca tərifləyən kimi, olur ulduz, dərhal şort-mayka daralır. Sən podiuma, yoxsa futbol oynamağa çıxırsan?”.

Digər Xəbərlər
Xəbər Lenti