"Sabah"ın qələbələrini yalnız Murad Musayevlə bağlamaq olmaz"

23 Dekabr 2021 20:40 Premyerliqa 935
"Sabah"ın qələbələrini yalnız Murad Musayevlə bağlamaq olmaz"

Azərbaycan Premyer Liqasında qış fasiləsi davam edir.

Fasiləyə kimi bir-birindən maraqlı 14 tura şahidlik etdik.

Gərgin mübarizənin sonunda "Qarabağ" fasiləyə çempion kimi yollandısa, "Səbail" sonuncu pillədən qurtula bilmədi.

Sportinfo.az-a açıqlamasında təcrübəli futbol mütəxəssis Aslan Kərimov arxada qalan 14 turu ümumi olaraq belə dəyərləndirib:

"Qış fasiləsinə kimi liderlər qrupunda kimin olacağını öncədən təxmin etmişdim. "Qarabağ"ın lider olacağı açıq-aşkar bilinirdi.

Yalnız "Neftçi"ni bu mübarizədə rəqib görürdüm. Əslində rəqib ola bildi də. Amma son turlarda psixoloji durum lazım olan xalları toplamağa mane oldu.

Bunu ustalıq səviyyəsi yox, sırf psixoloji amillə bağlayardım. Xallar itirilən oyunlara da baxsaq, görərik ki, üstün tərəf "Neftçi" olub".

Kərimov "Qəbələ"nin yaxşı çıxışını, "Sabah"ın isə uğursuz startını xüsusi vurğulayıb:

"Tək məni yox, hər kəsi yaxşı mənada "Qəbələ"nin çıxışı təəccübləndirdi. Çempionatı ilk başdan iki qrupa aid eləmək olardı.

İmkanlılar və heç də yaxşı günlərini yaşamayan komandalar (gülür). "Qəbələ" də ikincilərdən sayılırdı

. Komanda maddi vəziyyətinə görə çempionata istənilən kimi hazırlaşa və transferlər edə bilməmişdi. Amma çempionatdakı çıxışı ilə hamımızı təəccübləndirdi.

Bir də "Sabah"ın çıxışına toxunmaq istərdim. Yığılan heyət və keçirilən hazırlıq yaxşı gələcəkdən xəbər verirdi.

Şəxsən Ramin Quliyevin bəzi məşqlərinə baxmışdım, hazırlıq planı ilə tanış olmuşdum. Əslində hazırlıq baxımından "Sabah"ı ən yaxşı komandalardan biri saymaq olardı.

Gözlədiyim yaxşı nətiəcələri yalnız baş məçqçi dəyişikliyindən sonra göstərə bildik. Hesab edirəm ki, son oyunlardakı qələbələri yalnız yeni baş məşqçi ilə bağlamaq düz olmazdı.

Çünki oyun sistemi baxımıdan ciddi dəyişiklik olmadı. Eyni oyunçularla və həmin hazırlıqla qalibiyyətlər gəlməyə başladı".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı