Azərbaycan klubları Rusiya Premyer Liqasında çıxış edən hücumçunu niyə almadı?

23 Dekabr 2021 17:20 Premyerliqa 2 014
Azərbaycan klubları Rusiya Premyer Liqasında çıxış edən hücumçunu niyə almadı?

Rusiya Premyer Liqasında çıxış edən "Nijni Novqorod" un futbolçusu Bekim Balyay Azərbaycan klublarına təklif olunub.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, albaniyalı hücumçuya bir neçə klub maraq göstərib.

Lakin sonda müqavilə şərtlərində razılıq əldə olunmayıb. Bu səbəbdən, 30 yaşlı forvardın transferi baş tutmayıb.

Bu ilin yayından "Nijni Novqorod"un formasını geyinən Bekim Balyay müxtəlif vaxtlarda Türkiyənin "Gənclərbirliyi", Çexiyanın "Sparta" (Praqa), Polşanın "Yagelloniya", Xorvatiyanın "Riyeka", Rusiyanın "Axmat" və Avstriyanın "Şturm" komandalarının da şərəfini qoruyub.

2012-ci ildən Albaniya millisinə dəvət alan hücumçu 43 oyunda 9 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti