Premyer Liqada mövsümün ilk hissəsinin rəmzi “11-liy”i və baş məşqçisi

23 Dekabr 2021 14:00 Premyerliqa 1 358
Premyer Liqada mövsümün ilk hissəsinin rəmzi “11-liy”i və baş məşqçisi

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün geridə qalan ilk yarısının simvolik komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın versiyasına görə, rəmzi “11-lik” 4-3-3 sxeminə uyğun qurulub.

Araşdırma zamanı oyunçuların çempionatın 14 turundakı performansı, öz mövqeyində kollektivinə verdiyi fayda, statistik göstəriciləri və komandanın nəticələri nəzərə alınıb.

Ümumilikdə rəmzi “11-liy”ə 8 klubdan 5-nin futbolçusu düşüb. Lider “Qarabağ”ın 4, sürpriz şəkildə turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qəbələ”nin isə 3 üzvü ilk yarının ən yaxşıları sırasında özünə yer tapıb.

11 futbolçudan yalnız 3-ü yerlidir. Onlardan isə biri Azərbaycan futbolunun yetirməsi deyil.

Bu komandanın baş məşqçisi isə şübhəsiz ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov olmalıdır.

Simvolik komandaya düşə bilməyən Abbas Hüseynov, Ürfan Abbasov, Qismət Alıyev, Amin Seydiyev, Rövlan Muradov, Elvin Camalov və Felipe Santos da mövsümü pis keçirməyib.

SİMVOLİK KOMANDA:
Qapıçı:
Nicat Mehbalıyev ("Qəbələ");

Müdafiəçilər: Kevin Medina, Toral Bayramov (hər ikisi “Qarabağ”), Ruan Renato (“Qəbələ”), Nemanya Andelkoviç (“Zirə”);

Yarımmüdafiəçilər: Filip Ozobiç (“Qarabağ”), İsnik Alimi (“Qəbələ”), Emin Mahmudov (“Neftçi”);

Hücumçular: Abdullah Zubir (“Qarabağ”), Coy-Lens Mikels (“Sabah”), Davit Volkov (“Zirə”).

Baş məşqçi: Qurban Qurbanov

Xəbər Lenti