Premyer Liqa klublarının hər biri bu qədər PUL ALACAQ

21 Dekabr 2021 20:00 Premyerliqa 1 908
Premyer Liqa klublarının hər biri bu qədər PUL ALACAQ

Türkiyənin “Misli.com” şirkəti Azərbaycan Premyer Liqasının titul sponsoru olacaq.

Sportinfo.az bu haqda AFFA-dan məlumat əldə edib.

Redaksiyamıza verilən informasıyaya görə, federasiyanın 2022-ci ildə yeni himayədarla imzalayacağı anlaşma elita klublarına əvvəl planlaşdırıldığından daha çox vəsait qazandıracaq.

Belə ki, hər bir iştirakşı 2,5 milyon manat əldə edəcək.

"Misli.com" şirkəti 2019-cu ildən “Demirören Holdinq”in tərkibinə daxil edilib və son 2 ildə Türkiyənin ən sürətlə böyüyən qanuni mərc saytına çevrilib. Hazırda 2 milyon üzvü var.

Digər Xəbərlər
Xəbər Lenti