"Zirə" Sumqayıt səfərindən qələbə ilə qayıdır - Yenilənib

28 Noyabr 2021 17:55 Premyerliqa 739
"Zirə" Sumqayıt səfərindən qələbə ilə qayıdır - Yenilənib

Azərbaycan Premyer Liqasında XII tur davam edir.

Sportinfo.az xəbər verir ki, turun ikinci günündə bir oyun keçirilib.

Günün yeganə matçı Sumqayıtda baş tutub. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edib.

Liderlər qrupunda qərarlaşan Bakı klubu səfər matçında da qələbə qazanıb.

Qarşılaşmanın taleyini ilk yarıda vurulan iki qolla həll edən qonaqlar görüşün sonlarında üçüncü dəfə fərqlənib. Rəqibini 3:0 hesabı ilə darmadağın edən Rəşad Sadıqovun yetirmələri ən azı bir günlük ikinci pilləyə yüksəlib.

Turun ilk günündə “Neftçi” “Səbail”i, “Sabah” “Keşlə”ni eyni - 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Sabah baş tutacaq turun son matçında “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.

28 noyabr (bazar)
"Sumqayıt” – “Zirə” - 0:3
Qollar:
Təmkin Xəlilzadə, 14 (pen.), Qismət Alıyev, 30, Coşqun Diniyev, 79
Baş hakim: Rauf Cabarov
“Sumqayıt”: 1. Tərlan Əhmədli, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov (k), 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 37. Nicat Əliyev, 27. Nihad Ağayev, 98. Emil Əliyev
Baş məşqçi: Ayxan Abbasov

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 25. Vüsal Əliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Kapital Bank Arena”

1

Qarabağ

11

8

2

1

23-7

26

2

Zirə

12

6

4

2

21-12

22

3

Qəbələ

11

6

3

2

20-12

21

4

Neftçi

12

6

2

4

20-18

20

5

Sabah

12

4

2

6

16-18

14

6

Sumqayıt

12

3

2

7

8-17

11

7

Keşlə

12

3

1

8

12-21

10

8

Səbail

12

3

0

9

9-24

9

Bombardirlər: Davit Volkov ("Zirə") - 9 qol, Filip Ozobiç ("Qarabağ") - 6 qol, Coy-Lens Mikels ("Sabah"), Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!