"Zirə" qalib gəldi, "Neftçi" yenə məğlub oldu - Yenilənib

20 Noyabr 2021 20:08 Premyerliqa 1 731
"Zirə" qalib gəldi, "Neftçi" yenə məğlub oldu - Yenilənib

Azərbycan Premyer Liqasında XI turun daha iki oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Bakıda keçirilən hər iki görüşdə paytaxt klubları üz-üzə gəlib.

“Zirə” “Səbail”i qəbul edib. Rəşad Sadıqovun yetirmələri bu qarşılaşmada 3:1 hesablı qələbə qazanıb. Bu, qəsəbə təmsilçisini turnir cədvəlində ikinci pilləyə daşıyıb.

Son çempion “Neftçi” növbəti uğursuzluğunu yaşayıb. Çempionatın autsayderi “Sabah”ı qəbul edən “ağ-qaralar” ilk yarıda hesabı açsa da, üstünlüyü qoruya bilməyib.

1:2 hesabı ilə uduzan “Neftçi” ardıcıl 3-cü məğlubiyyətini alıb. Murad Musayevin yetirmələri isə son pillədən qurtulub.

Dünən “Qarabağ” “Keşlə”ni 1:0 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq.

20 noyabr (şənbə)
16:00. “Zirə” – “Səbail” - 3:1
Qollar:
Qismət Alıyev, 23, Davit Volkov, 47, Loris Broqno, 74 - Rauf Əliyev, 87 (p.)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov
Baş məşqçi: Rəşad Sadıqov

“Səbail”: 31. Nail Alışov, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 77. Ədilxan Qarəhmədov, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Məşqçi: Vüqar Məmməd
Zirə İdman Kompleksinin stadionu

18:15. “Neftçi” – “Sabah” - 1:2

Qollar: Ramon Maçado, 34 - Coy Lens Mikels, 54, 69
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
“Neftçi”: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 7. Xorxe Korrea, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 29. Sabir Buqrin, 11. Harramiz Soares, 4. Huqo Basto, 14. Romen Bask, 36. Mamadu Kane, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov

“Sabah”: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 77. Veysəl Rzayev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Bakcell Arena”

1

Qarabağ

11

8

2

1

23-7

26

2

Zirə

11

5

4

2

18-12

19

3

Qəbələ

10

5

3

2

18-11

18

4

Neftçi

11

5

2

4

19-18

17

5

Sumqayıt

10

3

2

5

7-12

11

6

Sabah

11

4

2

6

14-17

12

7

Keşlə

11

3

1

7

11-19

10

8

Səbail

11

3

0

6

9-23

9

Bombardirlər: Davit Volkov (“Zirə”) - 9 qol, Filip Ozobiç (“Qarabağ”) - 6 qol.

Digər Xəbərlər
Xəbər Lenti