“Neftçi“ tez, “Qəbələ” və “Qarabağ” hamıdan sonra

20 Noyabr 2021 02:00 Premyerliqa 612
“Neftçi“ tez, “Qəbələ” və “Qarabağ” hamıdan sonra

Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, gələn həftə başlayacaq turun qarşılaşmaları üç günü əhatə edəcək.

Konfrans Liqasında mübarizəni davam etdirən “Qarabağ”ın “Qəbələ” ilə qarşılaşması noyabrın 29-da baş tutacaq. Qəbələdəki matç saat 16:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

27 noyabr (şənbə)

16:00. “Sabah” – “Keşlə”
“Bank Respublika Arena”

18:15. “Neftçi” – “Səbail”
“Bakcell Arena”

28 noyabr (bazar)

16:00. “Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”

29 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu