"Qarabağ" və "Qəbələ" "Zəfər Turu"nda qələbə qazandı - Yenilənib

7 Noyabr 2021 21:25 Premyerliqa 1 302
"Qarabağ" və "Qəbələ" "Zəfər Turu"nda qələbə qazandı - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ""Zəfər turu"na iki qarşılaşma ilə yekun vurulacaq.

Günün ilk matçında "Səbail" "Qəbələ"ni qəbul edəcək. Paytaxt klubu 9 xalla 7-ci, əyalət təmsilçisi 15 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar Premyer Liqada indiyədək 16 dəfə üz-üzə gəliblər. Bunların 7 də qonaqlar, 4 də isə "dənizçilər" meydanı 3 xalla tərk edib. Topların fərqində də "qırmızı-qaralar"ın aşkar üstünlüyü var - 29:16.

Tura "Sumqayıt" - "Qarabağ" görüşü ilə yekun vurulacaq. Ağdam klubu 20 xalla liderdir, "gənclik şəhəri" təmsilçisi 11 xalla 5-ci yerdədir. Tərəflər ölkə çempionatlarında 36 dəfə qarşılaşıblar.

Meydan sahibləri 5, qonaqlar isə 26 qələbə qazanıb. 5 oyunda isə qalib müəyyənləşməyib. "Qarabağ" son 6 oyundur rəqibinə uduzmur. “Sumqayıt” isə son üç ev matçında xal qazanıb.

7 noyabr (bazar)

15:00. “Səbail” – “Qəbələ” 0:2

Qollar: Emil Səfərov, 88. Məqsəd İsayev, 90+5.

Qırmızı vərəqə: Yurqen Qoxa, 56 (“Səbail”)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”

“Səbail”: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo
99. Vidadi Cəfərov
Ehtiyat oyunçular: 31. Nail Alışov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 24. Elvin Sərkarov, 72. Aydın Ağazadə, 38. Zeynəddin Abdurahmanov
Məşqçi: Vüqar Məmməd
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 6. Kamal Mirzəyev, 9. Fernan Lopes, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev

19:30. “Sumqayıt” – “Qarabağ” 0-4

Qollar: Ramil Şeydayev, 39, Maksim Medvedev, 51(pen) Musa Qurbanlı, 47, 76
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”

“Sumqayıt”: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 98. Emil Əliyev

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 21. Sənan Ağayev

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 22. Musa Qurbanlı

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 17. Qaspar Panadero, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev

1

Qarabağ

9

6

2

1

18-7

20

2

Neftçi

10

5

2

3

18-16

17

3

Zirə

10

4

4

2

15-11

16

4

Qəbələ

9

4

3

2

16-11

15

5

Sumqayıt

9

3

2

4

7-8

11

6

Keşlə

10

3

1

6

11-18

10

7

Səbail

9

3

0

6

8-18

9

8

Sabah

10

2

2

6

12-16

8

Bombardir: Davit Volkov ("Zirə") - 8 qol

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"